Neptun Supermarketlər şəbəkəsi olaraq, 2003-cü ildən etibarən müştərilərimizin rahatlığı üçün hər zaman, hər yerdə ilk seçim olmağa çalışırıq. Bizim məqsədimiz onların ehtiyaclarını və gözləntilərini anlayaraq bu istiqamətdə sürətli və asan alış-veriş təcrübəsi yaşatmaqdır.
Şəbəkəmiz, həm yerli istehsalçıların, həm də beynəlxalq markaların ən yaxşı məhsullarını müştərilərinə təqdim edir. Hər bir məhsul, keyfiyyət və beynəlxalq standartlara uyğunluq baxımından diqqətlə seçilir.
Neptun Supermarketlər şəbəkəsi olaraq əsas missiyamız müştərilərin təhlükəsizliyini və məmnunluğunu ön planda tutmaqla onlara sağlam, yüksək keyfiyyətli məhsullar təqdim etməkdir.
Təhlükəsiz alış-veriş mühitini təmin etmək üçün ciddi gigiyenik qaydalar və hərtərəfli təhlükəsizlik tədbirləri həyata keçirilir.
Keyfiyyət siyasətimizin əsasını əməkdaşlarımızın davamlı təlimi və təhsili təşkil edir. Seminarlar vasitəsilə biz komandamızı qida təhlükəsizliyi və gigiyena standartlarına riayət etmək üçün lazımi biliklərlə gücləndiririk. Bizim üçün şəxsi gigiyena təhlükəsizlik tədbirlərinin əsas aspekti olaraq qalır.
Məhsulların saxlanması və satışı zamanı temperaturun düzgün tənzimlənməsinin vacibliyinə xüsusi önəm verilir. Temperatur standartlarına uyğunluğu təmin etmək üçün anbarlarımız, soyuducularımız və rəflərimiz mütəmadi olaraq yoxlanılır. Bundan əlavə, məhsulun istifadə tarixini izləmək üçün ciddi qeydlər aparılır.
Məhsulun təzəliyinə zəmanət vermək üçün müntəzəm olaraq bütün məhsulların son istifadə tarixlərini yoxlanılır və vaxtı keçmiş məhsullar rəflərimizdən dərhal çıxarılır.