Məhsul əlavə edilmədi

Bu məhsuldan səbətinizə maksimum ${} ədəd əlavə edə bilərsiniz

Məlumat

Məhsul çeşidliliyi, mövcudluğu və qiymət çatdırılma ərazisinə görə dəyişə bilir.

Zəhmət olmasa ünvanınızı xəritədən seçib, alış-verişinizə davam edəsiniz.

Salam, Sifarişinizi necə çatdıraq?
Ünvanıma Gəlsin
Mağazadan Götürəcəm
Sifarişinizi hara çatdıraq?
Şəhər
Bakı
Sifarişinizi hansı mağazadan götürəcəksiniz?
Mağaza
Neptun - Ağ Şəhər
Neptun - Keşlə
Neptun - Binəqədi
Neptun - Xalqlar Dostluğu
Neptun - Tbilisi
Neptun - 28 May
Çatdırılma Üsulunu Seçin
Çatdırılma ünvanı
Çatdırılma vaxtı
Ünvanı Dəyiş
162
Kateqoriyalar
Seçilmişlər 0 Səbətim 0

Səbət boşdur

Səbətinizdə ümumi məbləğ minimum 20 azn olmalıdır
Səbətə Keç

Tez-tez verilən suallar

Ödəniş

Marketdə hansı ödəniş növlərindən və üsullarından istifadə edə bilərəm?

  • Kredit kartı ilə ödəniş: Biz kredit və debet kartlarından Visa, MasterCard və digər ümumi kartlardan istifadə etməklə ödənişləri qəbul edirik.
  • Nağd pul: Sifarişinizi malı aldıqdan sonra nağd şəkildə də ödəyə bilərsiniz.

Ödənişi onlayn formada etdim, lakin məhsuldan narazı qaldım, ödəniş necə geri qayıdacaq?

  • Bu halda bank ilə əlaqə saxlanılaraq, 10 iş günü ərzinidə ödəniş kartınıza geri qayıdacaq.

Ödənişim uğursuz olarsa nə olar?

  • Ödəniş uğursuz olarsa, ödəniş məlumatlarınızın düzgün daxil olunduğundan əmin olun. Problem davam edərsə, bankınız və ya ödəniş provayderinizlə əlaqə saxlayın. 
  • Alternativ olaraq, fərqli ödəniş metodundan istifadə etməyə cəhd edə bilərsiniz.

Məhsul ilə bağlı

Məhsul mövculuğu ilə bağlı hara müraciət etməliyəm?

  • Məhsul mövcudluğunu yoxlamaq üçün 162 qaynar xəttimiz aktivdir.

Korporativ alışlar mümkündür?

  • Bəli, mümkündür, ətraflı məlumat və müraciət üçün 162 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.

Məhsul qaytarılma prosesi hansı formadadır?

  • Məhsulu 14 gün ərzində alış-veriş çeki ilə birlikdə mağazaya yaxınlaşaraq dəyişə bilər, yaxud ödədiyiniz məbləği geri ala bilərsiniz.

Məhsulun qida məlumatlarına və ya allergen xəbərdarlığına haradan baxa bilərəm?

  • Veb saytımızda istədiyiniz məhsulun üzərinə klikləyərək açılan səhifədə qida dəyərləri və allergen xəbərdarlıqlar barədə daha ətraflı məlumat əldə edə bilərsiniz.

Mağazalar

Marketlərin iş saatları necədir?

  • Filiallarımız 08:00-dan 23:00-dək xidmətinizdədir.

Mənə ən yaxın filialı hardan tapa bilərəm?

Qarşıdan gələn market açılışları barədə ərtaflı məlumat haradan ala bilərəm?

  • Qarşıdan gələn market açılışları ilə bağlı ən son yeniləmələr üçün bülletenimizə abunə olmağı və ya sosial media platformalarından bizi izləməyi tövsiyə edirik. 

Neptun Fayda Kartı

Hansı növ bonus kartlarınız var?

Hal-hazırda 2 növ aktiv bonus kart mövcuddur. 

  • Neptun Standart Bonus Kart.
  • Neptun Klassik Bonus Kart.

Neptun Standart Bonus Kart ilə Klassik Kart arasında hansı fərqlər var?

  • Neptun Standart Bonus Kart ilə edəcəyiniz alış-verişdən 1 % dəyərində  keşbek   qazandığınız halda, Neptun Klassik Bonus Kart Sizə eyni alış-verişdən 2 %  keşbek  qazanmaq imkanı verir.
  • Bundan əlavə Neptun Klassik Bonus Kart ilə Siz, online çatdırılma xidmətindən ödənişsiz yararlana bilər, həmçinin xüsusi kampaniyalardan yararlana bilərsiniz.
  • Bütün bunlarla yanaşı Neptun Klassik Bonus Kartla hər həftənin cümə günü 50 manat alış-verişdə 50 bonus qazanmaq şansı əldə edə bilərsiniz.

Neptun Standart Bonus kartı necə əldə edə bilərəm?

  • İstənilən Neptun supermarket filialına yaxınlaşıb, müştəri xidmətləri bölməsində sizə təqdim olunan bonus kart anketini doldurmaqla qısa zaman ərzində bonus kart sahibi ola bilərsiniz.
  • Standart Bonus Kart üçün ad, soyad, əlaqə nömrəsi, ünvan, doğum tarixi məlumatları gərəklidir.
  • Həmçinin, fayda.neptun.az saytına daxil olaraq anketi doldurmaqla rəqəmsal kartı dərhal əldə edə bilərsiniz.

Neptun Klassik Bonus Kartı necə əldə edə bilərəm?

  • Son 40 gün ərzində Neptun Standart Bonus Kart ilə 300 azn üzəri alış-veriş etdiyiniz halda Neptun Klassik Bonus Kart sahibi ola bilərsiniz.
  • Klassik Bonus Kart üçün isə şəxsiyyət vəsiqəsi FİN kodu, ad, soyad, əlaqə nömrəsi, ünvan, doğum tarixi məlumatları gərəkdir.
  • Klassik Bonus Kart əldə etmək üçün fayda.neptun.az saytına daxil olun, axtarış bölməsinə fiziki kart nömrənizi daxil edin. Əgər siz Klassik Bonus Kart meyarlarına uyğun gəlirsinizsə, sayt üzərindən bu barədə bildiriş alacaqsınız və prosesi davam etdirərək rəqəmsal Klassik Bonus Kartı dərhal əldə edə bilərsiniz.

Toplanmış keşbekləri necə istifadə edə bilərəm?

  • Toplanmış  keşbekləri kassda nağd formada xərcləyə bilər, və ya topladığınız bonuslarla bonus məhsulları əldə edə bilərsiniz.

Bonus kart itirildiyi halda nə etməliyəm?

  • Kartınızı itirdiyiniz halda marketlərimizə yaxınlaşaraq və ya 162 qaynar xətti ilə əlaqə saxlayaraq köhnə kartı bərpa edə bilər, həmçinin yeni kart əldə edə bilərsiniz.

Bonus kart daxilindəki məbləği necə öyrənə bilərəm?

  • Marketlərimizə yaxınlaşaraq və ya 162 qaynar xətti ilə əlaqə saxlayaraq bonus kart daxilindəki məbləği öyrənə bilərsiniz.

Bonus kartımdan uzun müddət istifadə etməsəm nə baş verir?

  • Bonus kartınızın aktivliyini qorumaq üçün onu 6 ay ərzində ən az bir dəfə istifadə etməyiniz tövsiyə olunur.
  • Əgər bu müddət ərzində istifadə olunmazsa, kart sistem tərəfindən deaktiv edilir.
  • Bu qayda həm Standart, həm də Klassik kartlara aiddir.
  • Belə halda mövcud kartı yenidən aktivləşdirmək mümkün olmur. Bunun əvəzinə:Yeni Standart Bonus kart əldə etmək üçün sizə ən yaxın Neptun marketinə yaxınlaşıb bonus kart anketini dolduraraq yeni Standart bonus kart əldə edə bilərsiniz; Və ya www.fayda.neptun.az saytına daxil olub onlayn şəkildə Standart rəqəmsal bonus kart ala bilərsiniz.

Qazandığım bonusları kassada rahat istifadə etmək üçün nə etməliyəm?

  • Bonuslarınızı kassada istifadə edə bilmək üçün bonus kartınızdakı müştəri məlumatlarınızın tam olması vacibdir. 
  • Əgər məlumatlar natamamdırsa, sistem bonusların xərclənməsinə icazə vermir.
  • Problemi həll etmək üçün: Yaxınlıqdakı Neptun marketlərindən birinə yaxınlaşıb müştəri məlumatları bölməsində bonus kart anketini dolduraraq məlumatlarınızı yeniləyə bilərsiniz. 
  • Məlumatlar tam olduqdan sonra bonuslarınız aktivləşəcək və istifadəyə açıq olacaq.

Klassik bonus kartı haradan və necə əldə edə bilərəm?

  • Klassik bonus kartlar yalnız onlayn şəkildə, www.fayda.neptun.az saytı vasitəsilə əldə edilə bilər.
  • Bunun üçün sayta daxil olub “kart axtarış” bölməsinə fiziki kart nömrənizi daxil etməlisiniz.
  • Əgər siz Klassik kart meyarlarına uyğun gəlirsinizsə, sistem sizə bu barədə bildiriş göndərəcək və siz onlayn prossesi tamamlayaraq Klassik rəqəmsal bonus kart sahibi ola biləcəksiniz.

Onlayn Sifariş

Sifarişin gedişatı ilə bağlı haradan məlumat ala bilərəm?

  • Sifarişiniz tamamlandıqdan sonra, şəxsi kabinetim bölməsindən sifarişinizi izləyə bilərsiniz.

Onlayn sifariş zamanı xüsusi təlimatlarımı hara bildirə bilərəm?

  • Onlayn sifariş verərkən xüsusi təlimatlarınızı veb saytımızda ödəniş zamanı "Sifariş qeydləri" və ya "Xüsusi Təlimatlar" bölməsində bildirə bilərsiniz.

Sifarişim hələ gəlməyibsə nə etməliyəm?

  • Sifarişiniz təxmini çatdırılma müddətində çatdırılma olunmayıbsa, 162 qaynar xəttimizlə əlaqə saxlaya bilərsiniz.

Sifariş verdikdən sonra ünvanımda dəyişiklik edə bilərəmmi?

  • Bəli, sifariş verdikdən sonra 162 müştəri dəstəyi ilə əlaqə saxlayaraq və yenilənmiş ünvan təfərrüatlarını təqdim edərək ünvanınızı dəyişə bilərsiniz.

Dondurulmuş məhsul ərimiş və ya qismən ərimiş halda gəlsə, nə etməliyəm?

  • Dondurulmuş məhsullar xüsusi qablarda çatdırılma edilir. 
  • Lakin hər hansı bir problem yaranarsa məhsulu yerindəcə geri qaytara bilərsiniz.

Sifariş zamanı məhsul sayında məhdudiyyəti varmı?

  • Bütün müştərilər üçün əlçatanlığı təmin etmək üçün müəyyən sayda məhsullarda alış məhdudiyyətləri ola bilər. 
  • Alış limiti, əgər varsa, məhsul səhifəsində və ya ödəniş prosesində qeyd olunacaq.

Mağazadan götürmək üçün əvvəlcədən məhsul sifariş edə bilərəmmi?

  • Bəli, siz ödəniş prosesi zamanı "Mağazadan götürmə" seçimini seçməklə mağazadan götürmə üçün əvvəlcədən sifariş verə bilərsiniz.

Hansı məhsulları qaytara və ya dəyişdirə bilərəm?

  • Sifariş edilmiş istənilən məhsulu 14 iş günü ərzində dəyişə bilərsiniz. 
  • Lakin məhsulun istifadə şərtlərinə diqqət edilməlidir.

Sifariş təsdiq olunandan sonra məhsulu dəyişdirə bilərəm?

  • Bəli, sifariş verdikdən sonra 162 müştəri dəstəyi ilə əlaqə saxlayaraq dəyişə bilərsiniz.

Sifariş təsdiq olunandan sonra əlavə məhsulu sifariş edə bilərəm?

  • Bəli, sifariş verdikdən sonra 162 müştəri dəstəyi ilə əlaqə saxlayaraq yeni məhsul əlavə edə bilərsiniz.

Onlayn Çatdırılma

Onlayn sifarişlər hansı formada çatdırılma edilir?

  • Onlayn sifarişlər öncədən vaxt təyin etmək ilə ünvana çatdırılma və mağazadan təhvil alma formasında həyata keçirilir. 
  • Ünvana çatırılma zamanı isə həm ekspress, həm də gün ərzində çatdırılma seçimləri mövcüddur.

Ünvana çatdırılma zamanı bəyənmədiyim məhsulun geri qaytarılma şərti necə olacaq?

  • Kuryer tərəfindən gətirilən məhsulda hər hansı bir probləm yaranarsa dərhal bildirməyiniz xahiş olunur. Həmin məhsul geri qaytarılaraq Sizə yenidən təmin olunacaq.

Kuryer uzaqlaşdıqdan sonra məhsulda problem olduğunu görsəm nə etməliyəm?

  • Qeyd olunan məhsulu alış-veriş çeki ilə 14 gün ərzində marketlərimizə gətirərək dəyişə və ya ödənişi geri ala bilərsiniz.

Onlayn sifarişlərdə çatdırılma ödənişlidir?

  • Onlayn sifariş minimum 20 azn-dən başlayır. 20azn-dən 50 azn-ə qədər olan sifarişlərdə çatdırılma haqqı 5 azn, 50 azn-dən yuxarı sifarişdə çatdırılma haqqı pulsuz olacaqdır.

Hansı ərazilərə onlayn çatdırılma olur?

  • Çatdırılma xidmətimiz yalnız Bakı şəhərdaxili ərazilərə mövcuddur.

Onlayn sifarişlər üçün təxmini çatdırılma müddətiniz nə qədərdir?

  • Standart çatdırılma zamanı sifarişiniz 2-3 saat ərzində, 
  • Ekspress çatdırılma ilə isə 30-45 dəqiqə ərzində tamamlanacaqdır.

Onlayn çatdırılma zamanı sifarişi qəbul etmək üçün uyğun olmasam sifarişimə nə olacaq?

  • Onlayn çatdırılma zamanı müştərilərlə əvvəlcədən əlaqə saxlanılır.

Çatdırılma vaxtını və tarixini özüm spesifik olaraq seçə bilərəmmi?

  • Bəli, siz ödəniş prosesi zamanı konkret çatdırılma vaxtını və tarixini özünüz seçə bilərsiniz, burada seçməyiniz üçün mövcud çatdırılma variantları təqdim olunacaq. 

Kövrək əşyalar göndərilmək üçün necə qablaşdırılır?

  • Bu əşyalar adətən qoruyucu materiallara bükülür və daşınma zamanı zədələnmə riskini minimuma endirmək üçün möhkəm qablaşdırmaya yerləşdirilir.

Karyera

Şirkətinizdə karyera imkanları varmı ?

  • Müraciət etmək üçün CV-nizi cv@neptun.az e-mail ünvanına göndərə və ya aşağıdakı linkə keçid edərək saytda yerləşdirə bilərsiniz.
  • https://new.neptun.az/az/p/4/karyera/
  • İşlə bağlı ətraflı məlumat almaq üçün  +994 55 206 24 76 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Kampaniyalar

Edirimli məhsullara haradan baxa bilərəm?

  • Biz mütəmadi olaraq müxtəlif məhsullara endirimlər və promosyonlar təqdim edirik. 
  • Cari təkliflərə baxmaq üçün aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz. https://new.neptun.az/az/p/6/endirimler/

Qarşıdan gələn endirimlər və ya kampaniyalar haqqında necə xəbərdar ola bilərəm?

  • Yeni endirim və kampaniyalardan mütəmadi olaraq xəbərdar olmaq üçün vebsaytımızda qeydiyyatdan keçərək xəbər bülleteninə abunə olmağı və ya sosial media kanallarımızı izləməyi tövsiyə edirik.

Neptun Fayda Rəqəmsal Kart

Neptun Fayda Rəqəmsal Kart nədir?

  • Neptun Fayda Rəqəmsal Kart – Neptun Supermarketlərində alış-veriş zamanı keşbek və digər üstünlüklər təqdim edən rəqəmsal bonus kartdır.

Rəqəmsal kartdan istifadə məqsədi nədir?

  • Kartın əsas məqsədi müştərilərə alış-veriş zamanı rahatlıq, operativlik və əlavə faydalar təqdim etməkdir.
     

Bu kart hansı mağazalarda keçərlidir?

  • Rəqəmsal kart yalnız Neptun Supermarketlər şəbəkəsində istifadə oluna bilər.

Rəqəmsal kartla fiziki kart arasında fərq varmı?

  • Rəqəmsal kartla fiziki kart arasında funksional baxımdan fərq yoxdur. Lakin rəqəmsal kart daha çevik və istifadəsi daha rahatdır. 
  • Həmçinin, bildiriş funksiyası mövcuddur, keşbek məbləğləri isə dərhal karta əlavə olunur.

Neptun Fayda Rəqəmsal Kart ödənişlidirmi?

  • Xeyr. Kart tamamilə pulsuz təqdim olunur.
     

Rəqəmsal kartı necə əldə edə bilərəm?

  • https://fayda.neptun.az saytına daxil olaraq qeydiyyat formasını doldurmaqla rəqəmsal kartı əldə edə bilərsiniz.

Qeydiyyat üçün hansı məlumatlar tələb olunur?

  • Qeydiyyat zamanı ad, soyad, doğum tarixi, ünvan, şəhər, mobil nömrə, FİN kod və e-poçt ünvanı kimi sadə məlumatlar tələb olunur.

Qeydiyyatdan sonra kart dərhal aktiv olurmu?

  • Bəli, qeydiyyat tamamlandıqdan dərhal sonra kart aktivləşir və istifadəyə hazır olur.
     

Mövcud fiziki kartı rəqəmsal karta çevirmək mümkündürmü?

  • Bəli. Saytda fiziki kart nömrənizi daxil etməklə onu rəqəmsal karta çevirə bilərsiniz.
     

Kartdan necə istifadə edilir?

  • Qeydiyyatdan sonra kartınızı Apple Wallet və ya Google Wallet tətbiqinə əlavə edin. 
  • Daha sonra kassada təqdim edərək keşbek və bonuslardan faydalana bilərsiniz.

Kassada rəqəmsal kartı necə göstərmək lazımdır?

  • Telefonunuzda Wallet tətbiqini açın və kartı kassirə göstərin.
  • Barkod skan edildikdən sonra sizə keşbek və bonuslar avtomatik olaraq tətbiq olunur.

Hər alış-veriş zamanı Neptun Fayda Rəqəmsal Kartından istifadə etmək mümkündürmü?

  • Bəli, Neptun Supermarketlərində etdiyiniz bütün alış-verişlərdə kart keçərlidir.
     

Rəqəmsal kartı eyni vaxtda bir neçə cihazda istifadə etmək olarmı?

  • Bəli, rəqəmsal kart eyni anda bir neçə cihazda istifadə oluna bilər.
  • Bu, 'paylaşım' (share) funksiyası vasitəsilə mümkün olur və istifadəçilərə kart məlumatlarını təhlükəsiz şəkildə digər cihazlarla bölüşmək imkanı yaradır.

Neptun Fayda Rəqəmsal Kart bütün telefon modellərində işləyirmi?

  • Kart yalnız Apple Wallet və Google Wallet funksiyasını dəstəkləyən smartfonlarda istifadə edilə bilər.
     

Neptun Fayda Rəqəmsal Kart necə işləyir?

  • Kart üzərindəki barkod skan edilir və sistem tərəfindən tanınaraq keşbek və bonus imkanlarını aktiv edir.

Keşbek necə qazanılır?

  • Alış-veriş zamanı kart təqdim olunduqda keşbek avtomatik olaraq hesablanır və balansınıza əlavə olunur.
     

Keşbek nə zaman balansıma əlavə olunur?

  • Keşbek məbləği alış-veriş etdikdən sonra dərhal balansınıza əlavə olunur.
     

Qazandığım keşbeki necə istifadə edə bilərəm?

  • Keşbek məbləğini növbəti alış-veriş zamanı ödəniş zamanı istifadə edə bilərsiniz.
     

Kampaniyalar barədə məlumatı necə əldə edə bilərəm?

  • Qeydiyyat zamanı mobil nömrənizi daxil etdikdə kampanyalarla bağlı məlumatlar sizə SMS vasitəsilə göndərilir. 
  • Bunun üçün Wallet tətbiqində bildirişləri aktiv etməyiniz kifayətdir.

Rəqəmsal kart itərsə və ya telefon dəyişərsə, nə etməliyəm?

  • Yeni cihazda eyni hesabla daxil olaraq kartı yenidən Wallet tətbiqinə əlavə edə bilərsiniz.
  • Kart məlumatlarınız hesabınıza bağlı olduğundan heç bir məlumat itmir.