Məhsul əlavə edilmədi

Bu məhsuldan səbətinizə maksimum ${} ədəd əlavə edə bilərsiniz

Məlumat

Məhsul çeşidliliyi, mövcudluğu və qiymət çatdırılma ərazisinə görə dəyişə bilir.

Zəhmət olmasa ünvanınızı xəritədən seçib, alış-verişinizə davam edəsiniz.

Salam, Sifarişinizi necə çatdıraq?
Ünvanıma Gəlsin
Mağazadan Götürəcəm
Sifarişinizi hara çatdıraq?
Şəhər
Bakı
Sifarişinizi hansı mağazadan götürəcəksiniz?
Mağaza
Neptun - Ağ Şəhər
Neptun - Keşlə
Neptun - Binəqədi
Neptun - Xalqlar Dostluğu
Neptun - Tbilisi
Neptun - 28 May
Çatdırılma Üsulunu Seçin
Çatdırılma ünvanı
Çatdırılma vaxtı
Ünvanı Dəyiş
162
Kateqoriyalar
Seçilmişlər 0 Səbətim 0

Səbət boşdur

Səbətinizdə ümumi məbləğ minimum 20 azn olmalıdır
Səbətə Keç

Geri qaytarma şərtləri

  1. Marketdə alınan məhsullar Müəssisənin siyasətinə və İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununun 1-ci bəndinin 15-ci maddəsinə uyğun olaraq, satış əməliyyatından sonra 14 gün ərzində dəyişdirilə və ya geri qaytarıla bilər.
  2. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa (zəmanət talonu və s), bu hallarda o dəyişdirilə/qaytarıla bilər.
  3. Məhsulu geri qaytarmaq və ya dəyişdirmək üçün müştəri alış-veriş etdiyi marketə müraciət etməlidir.
  4. Məhsulu dəyişdirmə anında, satışda uyğun məhsul yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir məhsulu almaq və ya qaytarılan məhsulun dəyəri məbləğində pulu geri götürmək hüququna malikdir.

Geri qaytarılmayan məhsullar haqqında məlumat

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti 114 nömrəli qərarına əsasən dəyişdirilməli olmayan malların siyahısı:

  1. Qızıl və qızıl məmulatları.
  2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.
  3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
  4. Parfümer-kosmetika malları.
  5. Kişi, qadın və uşaq çimərlik paltarları.
  6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
  7. Məişət-kimyası malları.
  8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
  9. Uşaq oyuncaqları.
  10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
  11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
  12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.