Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
Məişət tullantılarının təkrar emala yönləndirilməsi, ölkə ərazisində yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Od çərşənbəsində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Neptun hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 595 litr olan plastik və 25 ədəd işlənmiş batareya təhvil verilib.
Vətəndaşları ağac əkməyə təşviq etmək məqsədilə aksiya iştirakçılarına tullantılar qarşılığında Nazirliyin tinglik sahələrində yetişdirilən 150 ədəd ağac tingi paylanılıb.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verəcək belə aksiyalardan yararlanmağa çağırırıq.